Sürücülərin nəzərinə!

Bu gün axşamdan etibarən paytaxtın Neftçilər prospektinin bir hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Formula 1 yarışlarına hazırlıq məqsədilə yolların üst asfalt qatının döşənməsi ilə əlaqədar Bakının Neftçilər prospekti bu axşam saat 20:00-dan etibarən Azneft dairəsinin yanından, yəni "Four Seasons" otelinin qarşısından Əziz Əliyev küçəsi də daxil olmaqla Rza Rza küçəsinin kəsişməsinədək nəqliyyatın hərəkəti üçün müvəqqəti olaraq tam bağlanacaq: "Bunu nəzərə alaraq, Bayıl qəsəbəsi, 20-ci sahə, Bayraq meydanı istiqamətindən Azadlıq meydanına doğru hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinə Azneft dairəsindən Niyazi, İstiqlaliyyət və Azərbaycan küçələrindən və Beşmərtəbə dairərəsindən keçməklə hərəkət etmələri tövsiyə olunur. Eyni zamanda, əks tərəfdən Azneft meydanına doğru hərəkət etmək istəyənlər Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi kəsişməsindən, yəni Hökumət Evinin yanından Rəşid Behbudov və Bülbül prospektlərindən keçərək Rəsul Rza küçəsindən sola dönməklə Neftçilər prospekti və Azadlıq meydanına doğru gedə bilərlər".
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












