Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR

"WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək".
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.
O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır:
"Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək".
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri girər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar:
"Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq".
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












