Sürücülərin nəzərinə! Bu ərazilərdə yollar xətlənir - SİYAHI

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir. Yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).
Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.
İşlərin aparıldığı ərazilər:
1. Tbilisi prospekti – “İzmir” dairəsindən “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
2. Ziya Bünyadov prospekti – “Xutor” yol qovşağından “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
3. Moskva prospekti – Əsas yol və yan yollar, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamət)
4. “Biləcəri enişi” və “Biləcəri” dairəsi
5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi
“Azəravtoyol” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və yarana biləcək hər-hansı naratlığa görə öncədən üzr istəyir.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












