Sürücülərin nəzərinə - Bu küçələrdən keçməyin

Bakının İstiqlaliyyət küçəsində, metronun "İçərişəhər" stansiyasının qarşısında aparılan təmir işləri nəhayət ki, dünən günortadan sonra yekunlaşıb. Qeyd edək ki, bu küçədə təmir işlərinin cəmi 2 gün aparılacağı bildirilsə də, vədə əməl edilmədi və işlər 8 günə yekunlaşdı.
Lakin indi də İstiqlaliyyət küçəsinə bitişik digər yolda təmir işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, Əziz Əliyev küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən İçərişəhərin Qoşa Qala qapıları ərazisinə qədər olan hissəsində təmir işlərinin aparılması ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, artıq bir neçə gündür ki, Heydər Əliyev prospektindən metronun "Koroğlu" stansiyası istiqamətində Keşlə qəsəbəsindən keçən yol Davud Aslan küçəsi ilə kəsişmədə bağlıdır. Bundan əlavə, Ceyhun Səlimov küçəsi də ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar Hərbi hospitalın qarşısından 3-cü mkr dairəsi istiqamətində uzun müddətə bağlanıb.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












