Sürücülərlə bağlı YENİ TƏLƏB – Bakıda sərnişinlər taksi tapa BİLMƏYƏCƏK?

Xəbər verildiyi kimi, son zamanlar sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yerdə işləyə bilər. Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.
Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir. Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.
Məsələ ilə bağlı “Bolt” və “Yango” taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə isə Avtomobil Nəqliyyatı haqqında Qanunun 20.2-ci maddəsinə əsasən, taksi və minik avtomobillər ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilən ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında, qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən, taksi və minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub./bizim.media
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı










