Sürücülük vəsiqəsi Bakıda tapılan erməninin sirri

Bakıda Ermənistan vətəndaşına aid sürücülük vəsiqəsinin tapılması məsələsi ilə bağlı müəmma deyəsən çözülüb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, erməni KİV-ləri həmin sürücülüj vəsiqəsinin sahibinin aprelin 2-də Qarabağda gedən döyüşlərdə öldürülən podpolkovnik Aleksan Arakelyan olduğunu yazır.
Xəbər verildiyi kimi sürücülük vəsiqəsi Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsində tapılıb. Onu tapan şəxs sənədi hüquq-mühafizə orqanlarına təhvil verib. Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, sənədlə bağlı araşdırma aparılır.
Erməni KİV-ləri isə yazır ki, aprel döyüşləri zamanı 1982-ci ildə anadan olmuş podpolkovnik Aleksan Arakelyan da öldürülüb. Onun sənədlərinin və şəxsi əşyalarının fotoları internetdə yayılıb. Bunların arasında Arakelyana aid şəxsiyyət vəsiqəsi və hərbi bilet də var idi. İstisna deyil ki, Arakelyanın sənədləri arasında sürücülük vəsiqəsi də olub və sonda onu Bakı küçələrindən birində tapıblar.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












