Sürücülük vəsiqəsinin verilmə yaşı dəyişdirilə bilər? - Ekspert RƏYİ

Bu gün demək olar ki, 10 valideyndən 7-si övladına avtomobil alır. Azyaşlıların idarəetdiyi avtomobil qəzaları da təəssüf ki, tez-tez gündəmə gəlir. Düzdür, 18 yaşda sürücülük vəsiqəsi verilir, ancaq həmin yaşın eqosu ilə avtomobili daha ehtiyatsız sürmək, bir növ “özünü göstərmək” halları da danılmazdır.
Belə halda sürücülük vəsiqəsinin verilmə yaşının artırılmasına ehtiyac varmı? Necə etmək olar ki, erkən gənclik dövründə olanlar avtomobili daha ehtiyatlı idarə etsinlər?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülük vəsiqəsinin verilməsi ilə bağlı yaş həddinin artırılmasına ehtiyac görmürəm:
“Dünya təcrübəsində yeni sürücülərə müəyyən sınaq müddətinin: 3-6 ay və ya 1 il müddətində verilməsi geniş yayılmış təcrübədir. Bu müddət ərzində ağır qəza törədən və ya yol hərəkəti qaydalarını ciddi şəkildə pozan şəxslər həmin sınaq müddətini keçmiş sayılmır və onlara cəza olaraq 2 il müddətində avtomobil istifadəsi qadağan olunur.
Əgər qəza daha geniş və ciddi nəticələrə yol açarsa, həmin şəxslərə bir daha sürücü ola bilməyəcəkləri bildirilir. Bu, sadəcə dayanma-durma qaydalarının pozulması və avtobus zolağında avtomobil idarə edilməsi ilə əlaqəli deyil. Məsələn, bir şəxs il ərzində üç dəfə qırmızı işıqda keçərsə, ona potensial cinayətkar kimi yanaşılır və sürücülük vəsiqəsi verilmir".
"Yeni vəsiqə alan gənclərin bəziləri özünü sübut etmək məqsədilə, həmçinin məhəllədaxili avtoxuliqanlıq, sürət həddinin aşılması, avtomobildə konstruksiya dəyişikliyi kimi xətalara yol verirlər", - deyə müsahibimiz qeyd edib:
“Valideyn məsuliyyəti və ərazilərdə ciddi nəzarət mexanizmi qurulmalıdır. Hər gün Dövlət Yol Polisi İdarələrində gənc uşaqların boynubükük dayandığını görürük. Onlar "Bilməmişik", "Səhv etmişik", deyirlər. Bəziləri valideynlərini, bəziləri isə əmisini, dayısını göndərir ki, "maşınımı alıb, içəri qoyublar". Bu, utancvericidir! Gənclər bu yaşda belə etiraflarla valideynlərini şöbələrə göndərirlər. Bu cür hallar olmamalıdır və onlarla profilaktik söhbətlər aparılmalıdır. Sürücülük vəsiqələrinin verilməsində sınaq müddətinin tətbiqi vacib bir şərtdir".
(azedu.az)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım








