Sürücünü döyən gənclə bağlı – DİN-dən açıqlama

Avtobus sürücüsünü döyən şəxsin kimliyinin dəqiqləşdirilməsi və şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı marşrut sürücüsününün sərnişin tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı danışarkən deyib. O.Mansurzadənin sözlərinə görə, sürücünü döyən şəxsin tutulması ilə bağlı deyilənlər yalandır: “Hələlik həbs edilməyib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Qeyd edək ki, dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, 10 TG 034 nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən vəhşicəsinə döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












