Sürücünü döyən general oğlu məhkəmədən vaxt istədi

Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə R.Orucov və digər təqsirləndirilən şəxslərə çıxış üçün söz verilib. Lakin onlar son sözlərini deməyə hazır olmadıqlarını bildiriblər və hazırlaşmağa görə məhkədən vaxt istəyiblər.
Proses dekabrın 15-də davam etdiriləcək.
Qeyd edək ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Ötən iclasda dövlət ittihamçısı çıxış edərək R.Orucovun 6 il, K.Vəliyevlə P.Abbasova isə 3 il 6 ay müddətinə cəza verilməsi istəyib.
Xatırladaq ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










