“Sürücünü döyən məmur həbs edilməyib” - DİN
Gündəm
26 Aprel 2022 16:49
Oxunub 2108

Ötən gün Bakının Yasamal rayonunda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. Onun inzibati qaydada həbs ediləcəyi bildirilir.
Qeyd edək ki, Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













