"Sürücünün addimı cəmiyyətdə həmrəylik, bərabərlik duyğusu yaradır” - Deputat

Bakı Nəqliyyat Agentliyində yanvarın 26-da 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, görüşdə sürücü Oqtay Novruzovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdir olunub. Qeyd edilib ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri hesab edilən bilik və bacarıqları da bilməlidir. Sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.
Sonda sürücü Oqtay Novruzova Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib. Sürücü Oqtay Novruzov deyib ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib. Millət vəkili Fazil Mustafa da "Şərq”ə açıqlamasında həmin sürücünün bir nümunə olaraq ictimaiyyətə təqdim olunmasının kifayət qədər əhəmiyyətli olduğunu hesab edir: "Hesab edirəm ki, həmin sürücü haqqında media orqanları ətraflı məlumat verməli, onun özünü cəmiyyətə təqdim etməlidir. Bu cür təqdirəlayiq əməlləri cəmiyyətdə təbliğ etmək lazımdır ki, insanlar öz məsuliyyətlərini dərk etsinlər və biri-birinin həyatına biganə yanaşmasınlar. Prinsip etibarı ilə sürücünün bu addımı adi bir insanlıq borcu da olsa, özlüyündə cəmiyyət üçün bir növ mesaj xarakteri daşıyır və həmrəylik, bərabərlik duyğusu yaradır”.
Bakı Nəqliyyat Agentliyinin həmin sürücünü qəbul etməsi və baş direktorun adından təşəkkürnamə təqdim etməsinin də müsbət addım olduğunu qeyd edən F.Mustafa deyib ki, müvafiq qurumların bu cür nümunəvi hərəkətləri qiymətləndirməsi digər sürücülər üçün də bir növ stimul rolu oynaya bilər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












