Sürücünün öldürüb qaçdığı piyadanın görüntüləri yayıldı - VİDEO

Masallıda avtomobil 2 piyadanı vurub. Xəsarət alanlardan biri hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçsa da polis tərəfindən yaxalanıb. Hadisə Masallıda Masallı-Yardımlı yolunun rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Minik avtomobili yolu keçmək istəyən piyadaları, Cəlilabad rayon sakinləri, 56-yaşlı Ziyafət Fərzəliyevi və 54-yaşlı Nəsimi Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qəzanı törətmiş sürücü hadisə yerindən qaçsa da, əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaqa cəlb olunub.Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












