Sürücüsü icra başçısının onun adına rəsmiləşdirdiyi 10 milyonluq varidatı satıb qaçıb - İDDİA

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb. Musavat.com-a verilən məlumatda o da iddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.
İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır.
Sürücünün rəsmi axtarışa verilməsi onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur.
Süleyman Mikayılov mal varlığının bu şəkildə və istintaq vasitəsi ilə rəsmiləşməsinin yolunu həbsdəki icra başçılarının kameralarından sala biləcəyinin fərqindədir. Odur ki, sürücünü qeyri-rəsmi yollarla axtarılaraq tapılmasına nail olmağa çalışır. Amma bu da bir nəticə verməyib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya qayıdacağıq.
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










