Sürücüyə hədə-qorxu gələrək avtomobilini əlindən aldılar - Bakıda

Bakıda naməlum şəxslər sürücüyə hədə-qorxu gələrək avtomobilini əlindən alıb. Avtosfer.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirib. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb edib, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində gediblər.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) , Nəsimi RPİ-nin 19-cu PB-si və Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılıb və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Sabunçu RPİ-si tərəfindən araşdırma aparılır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












