Sürücüyə hücum: onun paltarları soyundurulub - Lerikdə

Lerik rayonunda quldurluq hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Relax" istirahət mərkəzinin yaxınlığında baş verib. Belə ki, 4 nəfər naməlum şəxs Lənkəran-Lerik magistralında hərəkət edən avtomobili saxlatdıraraq sürücüyə yaxınlaşaraq sürücüdən onları həmin istirahət mərkəzinə aparmalarını xahiş ediblər. Ancaq onlar mərkəzə çatmağa az qalmış sürücünü ölümlə hədələyərək avtomobili saxlamağı tələb ediblər və daha sonra onun paltarlarını soyundurmağa başlayıblar. Naməlum şəxslər sürücünü qətlə yetirməyə nail ola bilməyiblər. Çünki sürücü cəld tərpənərək həmin şəxslərdən birinə xəsarət yetirib və meşə ərazisinə qaçmağa müvəffəq olub. Əslində naməlum şəxslərin məqsədlərinin avtomobili ələ keçirmək olduğu məlum olub.
Bundan sonra hadisə barəsində Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə məlumat verilib. Həmin şəxslər kimliyi müəyyənləşdirilərək polis tərəfindən saxlanılıblar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












