Sürüşmə sahələri aktivləşib - Bakı və Abşeron yarımadasında

“Bakı və Abşeron yarımadasındakı Zığ, Masazır və Qaraçuxur sürüşmə sahələrində aktivlik müşahidə olunur”. Avtosfer.az xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, son günlər yağan yağışlar nəticəsində əksər sürüşmə sahələrində aktivləşmə qeydə alınıb. Ə.Qaralov bildirib ki, yağışlarla əlaqədar Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrində ə Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də müəyyən uçqunlar olub. Ekspedisiya rəisi qeyd edib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun müxtəlif km-də mövcud çatlarda həm ağır tonnajlı maşınların hərəkəti, həm də atmosfer yağıntılarının təsiri nəticəsində genişlənmələr müşahidə edilir: “Eyni zamanda, cənub bölgəsində - Lənkəran-Lerik yolunun 17-19-cu km, 27-29-cu km, 45-47-ci km-də əvvəllər yolda bərpa işləri görülərkən yamacların kəsilməsinin təsirindən müəyyən uçqunlar baş verib”.
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI










