Sürüşmə sahələrində çatlar genişlənib

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”. Avtosfer.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, Nubar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli, “Zəli gölü” sürüşmə sahəsi isə Keyrəki palçıq vulkanlarının yaxınlığında yerləşir: “Vulkanların yüz illər boyunca püskürməsi ilə vulkan külləri ərazini təşkil edən süxurların, torpağın tərkibinə daxil olub. Belə olduqda isə torpaq yuyulmaya, aşınmaya daha həssas olur və möhkəmliyini itirir. Azacıq yağan yağış isə ərazini təşkil edən süxurların daha da dağılıb, parçalanmasına səbəb olur və çökmə - sürüşmə prosesi üçün zəmin yaranır”. R.Həsənov qeyd edib ki, hər iki çökmə - sürüşmə sahəsində çatların ölçüləri genişlənib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












