Sürüşmə sahəsi xeyli fəallaşıb - Zığda

Son günlər Azərbaycanda havaların yağışlı keçməsi nəticəsində sürüşmə sahələrində aktivləşmə artıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə apa-ya açıqlamasında deyib ki, Bakı üzrə ən təhlükəli zona Zığdadır. Onun sözlərinə görə, Zığda vəziyyət xeyli fəallaşıb və artıq 120-130 ev təhlükə zonasındadır: “Zığ massivi zonasında evlərdə çatlar genişlənib, proses sürətlənib və evlər üçün təhlükə artıb. Digər sürüşmə sahələrində nisbi fəallıqdır və gözə görünən proses yoxdur. Amma Zığ tərəfdə vəziyyət yaxşı deyil”.
E.Əlizadə qeyd edib ki, Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. O əlavə edib ki, İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var: “Nisbi fəallaşma Lənkəran, Şabran-Xızı zonasındadır. Sürüşmə sahələrində fəallıq var, amma kəndlərə böyük ziyan dəyməyib, yollar bağlanmayıb. Qobustan-Şamaxı-İsmayıllı, Qobustan-Şamaxı-Ağsu yolları ətrafındakı sürüşmə zonalarında fəallıq var. Bir də yağış yağarsa, yollaın bəziləri bağlana bilər”.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












