Sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib

Ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir. Bu barədə Avtosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nazirliyin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən 2017-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib, mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib.
Aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınsa da, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə sürüşmə sahəsində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliyində, Lənkəran rayonunun Gəgiran sürüşmə sahəsində, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsində, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı sürüşmə sahələrində, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Monitorinq və müşahidələr davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












