Sürüşmə zonaları aktivləşir - Magistral yollarda uçqunlar baş verir

Sürüşmə zonalarında aktivlik artıb. Avtosfer.az xəbər verir ki, bu bvrədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, dekabrda ekzogen-geoloji proseslərin baş verdiyi 82 sahədə müşahidələr aparılıb, müvafiq arayışlar hazırlanıb.
Badamdar sürüşmə sahəsində istinad divarlarında quraşdırılmış mayaklarda çatlar yaranıb. Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Torpaqda və divarlarda çatların ölçülərində təxminən 1 sm-ə yaxın genişlənmələr olub.
Ə.Qaralovun sözlərinə görə, cənub bölgəsində mövcud sürüşmə sahələrinin hamısında aktivlik müşahidə olunur. Eləcə də Tovuzun Qarağatlı sürüşmə sahəsində nisbi aktivləşmə müşahidə olunub və bir neçə yerdə müxtəlif istiqamətli çatlar əmələ gəlib: “Gədəbəy rayonunun Şahdağ, Pirdağ, Arıqıran və Əyridərə sürüşmə sahələrində də aktivləşmə baş verib”.
Nazirlik rəsmisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım qeydə alınıb, yolun 10-19-cu km-də aktivlik hələ də davam edir.
Ə.Qaralov deyib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi baş verib.
İsmayıllının Xankəndi sürüşmə sahəsi də ay ərzində aktivləşib. Basqal-Sulut avtomobil yolunun 10-cu km-də isə çatıların ölçülərində nisbi artım var.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












