Sürüşmə zonasında bərpa işləri yekunlaşıb - Bakı avtovağzalının qarşısındakı

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə zonasında aparılan bərpa-gücləndirmə işləri yekunlaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya məlumat verən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı mövcud avtobus dayanacağına giriş-çıxış yolu və ticarət mərkəzinə (avtobus dayanacağının qarşısından keçən yol) gedən yol da bərpa olunaraq asfaltlanıb.
Qeyd edək ki, “Azəravtoyol” ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən aparılıb. Yamacın yuxarı hissəsində 5 ədəd istinad divarı, yamacın aşağı hissəsində isə 4 ədəd istinad divarı inşa edilib. Divarlar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və smentasiya olunub. Avtobus dayanacağı və autletə (avtobus dayanacağının qarşısından keçən yol) gedən hissədə inyeksiya işləri görülüb, yer bir neçə yerdən 20-30 metr dərinlikdə deşilib, beton məhlulu tökülüb. Yamacın yuxarı və alt hissəsində mövcud istinad divarı ilə autletə gedən yolda yerləşən istinad davarı arasında 1200 mm diametr və 33,5 metr dərinlikdə 100-ə yaxın ədəd svay vurulub.
Qeyd edək ki, ötən il oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə hadisəsi baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












