Sürüşməyə görə bağlanan dayanacaq açılır – FOTO

Bir neçə ay öncə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində olan Beynəlxalq Avtovağzal hissəsində baş verən sürüşmədən sonra bağlanan dayanacaq istifadəyə verilmək ərəfəsindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əməkdaşı bu gün hadisə yerində olub. Artıq ərazidə quraşdırılıan lövhələr yığışdırılıb. Yol qolunun üzərində asfalt salınıb. Lakin giriş-çıxış beton hissəciklər və naqillə bağlanıb.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli yolun bərpasının başa çatdığını deyib: “Sürüşmə baş verən yamacın yuxarı və aşağı hissələrində bərkitmə işləri aparılıb. Xüsusi istinad divarları tikilib. Həmin divarlar arasındakı hissələr gərginləşdirilərək bərkidilib. Təxminən 30-35 metr dərinlikdə, 1200 millimetr diametrlik svaylar vurulub. Avtodayanacağın qarşısında, yol qolunun girişi və çıxışında sement-beton qarışığı tökülüb. Yamacın alt hissəsində də xüsusi bərkitmə işləri aparılıb. Ümumilikdə, əraziyə 196 ədəd svay vurulub. Artıq əraziyə asfalt da vurulub. Təhlükəsizlik baxımından heç bir problem yoxdur. İstifadə üçün yararlıdır”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Qafqazinfo”ya avtobus dayanacağının nə zaman istifadəyə veriləcəyinin bəlli olmadığını deyib: “Bizdə olan məlumata görə həmin yolda təmir-bərpa işləri başa çatmayıb. Əgər çatıbsa da, Agentliyə bu barəsə rəsmi məlumat daxil olmayıb”.
Qeyd edək ki, ötən ilin oktyabrında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verən sürüşmə nəticəsində yaxınlıqdakı magistral yolda çatlar yaranıb. Sürüşmə ilə əlaqədar avtovağzalın ikinci mərtəbəsində yerləşən dayanacağa giriş və çıxış hər iki tərəfdən məhdudlaşdırılıb.




Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












