Şuşa polisini Tərtərdə vurdular - SİYAHI

Aprelin 25-i gecə saatlarından etibarən erməni silahlı birləşmələri Tərtər rayonu istiqamətində artilleriyadan atəş açıb. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, hazırda rayonda vəziyyət stabildir və əhali gündəlik qayğıları ilə məşğuldur: "Rayonda əhval-ruhiyyə yaxşıdır. Hamı öz işi ilə məşğuldur, tikinti, abadlıq-quruculuq işlərimizə davam edirik".
İcra başçısı bildirib ki, ermənilərin atdığı qrad mərmisindən biri Şuşa Rayon Polis Şöbəsinin (RPŞ) inzibati binasının yaxınlığında partlayıb və binaya ciddi ziyan dəyib: "Ermənilərin cəbhəboyu yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində Tərtər şəhəri üzrə 4 yaşayış evinə mərmi düşüb. Bundan başqa, rayonun Qarağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazıyan kəndində 2, Qaynaq kəndində 3 və Səhləbad kəndində 2 fərdi yaşayış evinə ziyan dəyib".
İcra başçısı əlavə edib ki, həmçinin rayonun Qazıyan kəndində bir "VAZ 21099" markalı minik maşınına ziyan dəyib və bir baş at, Səhləbad kəndində isə 3 baş iribuynuzlu mal-qara tələf olub.
Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı açıqlamasında Azərbaycan silahlı bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirildiyi bildirilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













