Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi loqotip dizaynı müsabiqəsi elan edib
Gündəm
10 Sentyabr 2021 13:32

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” loqotip dizaynı müsabiqəsi elan edib.
Avtosfer.az-a daxil olan məlumata görə, müsabiqədə yaradıcı düşüncəsi və peşəkarlığına güvənən hər kəs iştirak edə bilər.
Müsabiqə iştirakçıları loqotip dizaynı təklifləri üzərində çalışarkən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də xalqımızın qədim tarixə malik nadir və təkrarsız incilərindən biri olmasını nəzərə almalıdılar.
Müsabiqə şərtləri aşağıdakılardır:
- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən dizayn nümunələri təqdim oluna bilər.
- Bir iştirakçı müsabiqəyə bir ədəddən daha çox dizayn təqdim edə bilər. Hər dizayn ayrıca elektron məktub şəklində göndərilməlidir.
- Loqotip dizaynları məktuba (ölçüsü minimum 1280x960) JPG formatlı fayl şəklində əlavə edilməlidir.
- Məktubda loqotip dizaynının izahı (məntiqi, forması, rəngi, hərf seçimi və s) 100 sözdən artıq olmayaraq verilməlidir.
- Məktuba müəllifin tam adı, ünvanı, email ünvanı və telefon nömrəsi daxil edilməlidir. Müəllif həmçinin dizayn şirkəti təmsilçisi də ola bilər.
- Müsabiqəyə təqdim edilən işlər son tarix 30 sentyabr, 2021-ci ilə qədər [email protected] ünvanına göndərilməlidir.
- Təqdim edilən loqotip dizaynı ilə bağlı ortaya çıxan əqli mülkiyyətin pozulması hallarına görə müəllif məsuliyyət daşıyır.
- Qalib loqotip dizaynının müəllifləri “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” adından fəxri fərmanla və müəyyənləşdirilmiş mükafat fonduna uyğun olaraq
I yer - 3000 AZN,
II yer (laureat) - 2000 AZN,
III yer (laureat) - 1000 AZN pul mükafatı ilə təltif ediləcəklər. Pul mükafatı müəllifin təqdim etdiyi bank hesabına köçürüləcək.
- Loqotip müsabiqəsinə təqdim olunan bütün işlər “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin mülkiyyəti hesab edilərək ictimai şəkildə sərgilənə bilər.
- Müsabiqə üçün təqdim olunan loqotip dizaynlarına “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi”nin yekun dəyişikliklər etmək hüququ vardır.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” müsabiqə iştirakçılarına uğurlar arzu edir!
Oxunub : 742
DİGƏR XƏBƏRLƏR
17 Mart 2026 00:00
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
16 Mart 2026 21:00
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
16 Mart 2026 20:51
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
16 Mart 2026 19:39
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
16 Mart 2026 19:12
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
16 Mart 2026 18:09
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
16 Mart 2026 14:41
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
16 Mart 2026 13:11
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
16 Mart 2026 12:30
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
16 Mart 2026 12:23
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
16 Mart 2026 10:06
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
16 Mart 2026 09:09
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
ŞƏRH YAZ










