Banner

Şuşa və Ağdama səfər etmək istəyənlərin diqqətinə! - VİDEO

Gündəm 4 İyun 2022 11:44 Oxunub 2106
Şuşa və Ağdama səfər etmək istəyənlərin diqqətinə!   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıdan Şuşa və Ağdama səfər etmək istəyən bəzi vətəndaşlar bilet almaqda çətinliklərlə üzləşiblər. Belə ki, vətəndaşlar mayın 25-də Şuşaya gedən istiqamətdə olan avtobuslara biletin 1 saat ərzində satıldığını bildiriblər.

Şuşaya getməkdə çətinlik çəkənlər də biri də veteranlardır. Bu kateqoriyadan olan şəxslərə biletlər pulsuz təklif olunur, lakin bütün günlərdə yox, hər həftənin müəyyən günlərində yer ayrılıb. Üstəlik də ödənişli belə olsa, digər yerləri seçəb ilmirlər. Həm ayrılan yerin məhdud sayda olması, həm də istənilən gün üçün olmaması bu şəxslərin bilet almasına maneə yaradır. Nəticədə də xeyli yer qaldığı halda bu kateqoriyadan olan insanlar bilet ala bilmirlər. Bu səbəbdən də veteranlar biletlərin onlar üçün ödənişli də təklif olunmasını istəyirlər.

Sözügedən məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Sübhan Əbilov bildirib ki, Şuşaya axın digər ərazilərlə müqayisədə daha çox olduğu üçün biletlər də tez satılır. O həmçinin deyib ki, avtobusların sayının artırılması da hələ ki, planlaşdırılmır.

Qurum rəmisi veteranlarla bağlı məsələyə də aydınlıq gətirib.

Qurum rəsmisi bilet almaq istəyənlərə bu prosesi özlərinin həyata keçirmələrini və  hər hansı tur şirkətinə etibar etməmələrini məsləhət görüb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh