Suyun qiymətləri artdı - "Moyka"lar da qiyməti qaldırdı

Məlum olduğu kimi, ötən həftə Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb. Avtosfer.az-ın məlumatına görə, “Azərsu” ASC-nin müraciəti əsasında bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kub metr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub. Tarif (qiymət) Şurasının iclasında həmçinin, Səhiyyə Nazirliyinin müraciəti nəzərə alınaraq, dərman vasitələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma üzrə çeşid sayının optimallaşdırılması məqsədilə dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası və ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin laborator ekspertizası xidmətləri üzrə tarif tənzimlənməsi həyata keçirilib. İclasda “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 kub metr suyun topdansatış tarifi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 19 nömrəli Qərarı ləğv edilib. Yeni tariflər 2016-ci il 16 may tarixindən qüvvəyə minəcək.
Avtosfer.az xəbər verir ki, artıq 2 gündür Bakıda bir çox avtoyuma məntəqələri qiyməti qaldırıb. Əvvəllər 3 manata sadə, 5-6 manata full avtoyuma mümkün idisə, artıq 4 manata sadə, 6-7 manata full avtoyuma həyata keçirilir. Amma bəzi avtoyuma məntəqəlıri qiyməti qaldırmayıb. Güman ki, mayın 16-dan yeni tariflər qüvvəyə mindiyi üçün bu gündən digərləri də eyni addımı atacaq.
Elmin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










