Tağı Əhmədovu oğlunun həbsi ilə təhdid ediblər - 3 milyonluq əməliyyatın pərdəarxası

MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın ən qorxunc üzvü hesab edilən general Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəsi Tağı Əhmədovdan təhdid və şantaj yolu ilə 3 milyon manat qoparmasının yeni təfərrüatları məlum olub.
Avtosfer.az virtualaz.org-a xəbər verir ki, Çovdarovun həmin pulu Tağı Əhmədovdan hansısa gizli çəkilişlə şantaj edərək alması barədə mətbuatda yazılanlar doğru deyil.
Əslində bundan əvvəl xəbər verdiyimiz kimi, Çovdarov Tağı Əhmədovu Xətai rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədovla təhdid edib, onu həbs edəcəyi ilə hədələyib, habelə digər ailə üzvlərinə qarşı repressiv addımlar atılacağı haqda xəbər göndərib. Ümumiyyətlə, Çovdarov T.Əhmədovu ona görə hədəfə alıb ki, Bakı Metropoliteninin rəhbəri qazandığı pullardan MTN-in “kassası”ına haqq vermirmiş. Məlum olduğu kimi Mahmudov-Çovdarov bandası aralarında nazirlər də olmaqla bir çox yüksək vəzifəli məmurları onlara aylıq haqq verməyə məcbur edib.
Tağı Əhmədov oğlanları ilə-Ruslan və Rauf Əhmədov

İstintaqa yaxın mənbədən aldığımız məlumata görə Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə ifadəni onun özü yox, XİN-də işləyən oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov veriblər. Onlar istintaqa təqdim etdikləri yazılı ifadədə göstəriblər ki, 3 milyon manatı “Fəxri Xiyaban”ın qarşısında Akif Çovdarova şəxsən çatdırıblar.
Gözlənilir ki, bu iş üzrə Tağı Əhmədov Akif Çovdarovla yenidən üzləşdiriləcək. Hərçənd ki, onun adı Çovdarovun işində rəsmən zərərçəkən kimi keçmir. Tağı Əhmədov isə məbuata açıqlamasında adının Akif Çovdarovun işində keçdiyinə dair xəbərləri təkzib edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












