Banner

Taksi fəaliyyəti ilə bağlı cərimələr açıqlandı: 40 manatdan 40 min manata qədər – AÇIQLAMA VİDEO

Gündəm 18 Avqust 2023 17:17 Oxunub 4912
Taksi fəaliyyəti ilə bağlı cərimələr açıqlandı: 40 manatdan 40 min manata qədər – AÇIQLAMA VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev "Dövlət rüsumu" və “Avtomobil nəqliyyatı” haqqında qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. Eyni zamanda, taksometrdən istifadə, taksi sürücüsü olmaq üçün qaydalar, taksi operatoru xidməti və sair məsələlər də qanunda öz əksini tapıb.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı “Facebook” səhifəsində canlı yayım açaraq məsələ ilə bağlı məlumat verib.
Kimlər taksi sürücüsü ola bilər və taksi sürücüsü olmaq üçün nələrə diqqət olunmalıdır?
- Bu gün çox adam öz ailəsini və uşağını təkbaşına taksiyə əmanət etmir. Çünki taksi sürücüləri arasında narkoman da var, psixi problemi olanlar da. Bu bir xidmət sahəsidir, istənilən halda qaydalar müəyyənləşdirilməlidir. Taksi sürücüsü ilk öncə normal bir insan olmalıdır. Bu gün mən iş tapa bilmirəm və gedib taksi sürüm deyə yanaşma doğru deyil. Amma bu etmək də problem deyil, lakin şərtlər daxilində, yəni küçələri tanımaq, icazə sənədinin olması, fərqlənmə nişanının alınması və ən əsası, avtomobilə nəzarət edilməsi önəmlidir; istər texniki, istərsə də təmizlik baxımından.”
Ekspertin sözlərinə görə qarşıdan taksi sürücüləri üçün daha bir yenilik gəlir. Bu da onların təlimlərə cəlb edilməsidir və artıq proses başlayıb: “Taksi sürücüləri xüsusi təlimlərə cəlb ediləcək və bu təlimlərdə sertifikat əldə edənlər taksidə fəaliyyət göstərə bilərlər”.
Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi mövzusuna da toxunan ekspert cərimələrin miqdarını açıqlayıb: “Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manatdır. Qanunu pozan vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə ediləcək. Onu da qeyd edim ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manatdır və həmin sənəd 7 il ərzində etibarlıdır. Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manatdır və həmin sənəd də 7 il müddətində qüvvəsini saxlayır. Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manat və hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 75 manat olacaq.”
Onun sözlərinə görə, taksilərə taksometr qoyulması tələbi bütün taksilərə deyil, yalnız fərdi fəaliyyət göstərən sürücülərə aiddir. “Taksometrlərin qoyulmasında əsas məqsəd taksi sürücüsünə nəzarət etməkdir və onlar üçün də qaydalar eyni formada keçərlidir. Lakin qaydaları pozanlar üçün cərimələr tərtib olunub ki, bunlar da, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Sonda isə qeyd edim ki, bəzi qərarlar 2024-cü il yanvarın 1-dən, bəziləri isə oktyabır ayından qüvvəyə minir.”


Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh