Taksi qiymətləri YENİDƏN QALXIR - Buna görə...

Bakı şəhərində taksi fəaliyyəti ilə məğul olanlar üçün yeni qadağa qüvvəyə minib. Oktyabrın 9-dan etibarən bəzi avtomobillərin Bakı şəhərində taksi kimi istifadəsinə qadağa qoyulub. Söhbət 2009-2010-cu illər istehsalı olan avtomobillərdən gedir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu məlumatı təsdiqləyib.
Agentlikdən bildirilib ki, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobili kimi istifadə oluna bilməz. Bəs görəsən, bu taksi fəaliyyətinə və qiymətlərə nə dərəcədə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, nəqliyyat vasitəsinin buraxılış ilinin köhnə olması taksi fəaliyyəti üçün başlıca kriteriya deyil:
“Ümumiyyətlə, burada xidməti yerinə yetirən nəqliyyat vasitəsinin buraxılış ili əsas kriteriya kimi götürülməməlidir. Əsas kriteriya kimi onun komfortu, texniki nasazlığı yoxlanmalıdır. Digər tərəfdən, avtomobilin dizayn və xarici interyerində şəhər estetikasını korlayan hansısa problemlər yoxdursa, onun buraxılış ilinin neçənci il olması şərt olmamalıdır. Əslində, elə nəqliyyat vasitəsi var ki, onun buraxılış ili olduqca yeni olsa da, istər komfort, istərsə də estetik baxımdan qətiyyən taksi fəaliyyəti üçün uyğun deyil. Amma əksinə, Almaniya, Yaponiya kimi ölkələrin istehsalı olan elə maşınlar da var ki, onlar 15-20 ilin buraxılışı olsa da, hələ də ideal vəziyyətdədir”.
Ekspertin fikrincə, taksilərin sayının ildən-ilə azalması bu xidmət növünü daha da pis vəziyyətə gətirəcək:
“Ümumiyyətlə, bunlar hamısı nəzərə alınmalıdır. Eyni zamanda insanların sahibkarlıq imkanlarına da şərait yaradılmalıdır. Bu təbii ki, taksi bazarında çatışmazlığa gətirib çıxaracaq. Onsuz da indi belə vətəndaşlar taksi sifarişlərindən imtina alırlar. Yəni sifariş verilir və bir neçə dəqiqə sonra sürücü tərəfindən imtina olunur. Bu ona görə yaranır ki, taksi xidmətində ciddi nəqliyyat çatışmazlığı var. Belə olan təqdirdə sözsüz ki, qiymətlər də artır. Bu xidmətin əlçatanlığı təmin olunmalıdır. Bunu nəqliyyat vasitələrini yığışdırmaqla həll etmək olmaz”.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım









