Bu il 16 mindən çox insanı heyvan dişləyib
Hadisə
3 İyul 2024 18:09

Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8 924-ü məlum, 7 356-sı isə naməlum heyvan tərəfindən olub:
“Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub”.
Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: “Ötən il isə cəmi iki belə hadisə olub”.
Oxunub : 718
DİGƏR XƏBƏRLƏR
19 Aprel 2026 15:28
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı - XƏBƏRDARLIQ
19 Aprel 2026 14:12
İmtahandan keçən taksi sürücülərin DİQQƏTİNƏ! - Sabahdan etibarən ...
18 Aprel 2026 23:55
İrana qarşı hərbi əməliyyatlar bərpa oluna bilər - Tramp müşavirə keçirdi
18 Aprel 2026 20:04
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
18 Aprel 2026 18:12
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
17 Aprel 2026 21:36
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
17 Aprel 2026 18:00
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
17 Aprel 2026 13:33
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
17 Aprel 2026 13:18
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
17 Aprel 2026 11:00
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
16 Aprel 2026 22:21
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
16 Aprel 2026 18:09
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
ŞƏRH YAZ








