Taksi sürücüləri kartla ödənişdən buna görə imtina edirlər - Nağdsız ödənişdə əngəl

Azərbaycanda taksi xidmətlərinin sayı hər keçən gün artır. Yeni taksi şirkətləri bazara daxil olduqca, xidmətin keyfiyyəti və müştəri tələblərinə cavab vermə səviyyəsi də artır. Lakin bu inkişafla yanaşı, kartla ödənişdə bir sıra problemlər hələ də qalır. Əksər taksi sürücüləri, kartla ödəniş edən sərnişinləri qəbul etməkdən imtina edirlər. Bu məsələ, nağdsız ödənişlərin artan dinamikasına baxmayaraq, hələ də ciddi bir maneə olaraq qalır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Bizim.Media”ya açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, taksi sürücüləri qeyri-nağd ödənişləri gec aldığı üçün imtina edir, bu da narazılıqlara səbəb olur.
”Taksi sürücülərinin dediyinə görə, taksi şirkətləri sürücülərin qeyri-nağd formada qazandığı gəlirləri hesabdan onlara çox gec qaytarırlar, bu da taksi sürücüləri üçün müəyyən çətinlik yaradır.Bu səbəbdən bir çox hallarda taksi sürücüləri qeyri - nağd ödənişlərdən imtina edirlər.Bu da müəyyən vaxtlarda sərnişin və sürücülər arasında konflikt yaradır”.
Ekspertin sözlərinə görə bu problem aradan qaldırılmalı və proses daha səmərəli hala gətirilməlidir.
“Taksi sürücüləri artıq şirkətin şəbəkəsinə qoşulduqda onlar özü razılıq verir ki, qeyri-nağd ödəmələri də həyata keçirsinlər. Ona görə də bu məsələ taksi şirkəti tərəfindən həll olunmalıdır. Məsələnin digər həlli yolu isə sərnişinlər ödənişləri özlərinə məxsus kartla birbaşa taksi sürücüsündə olan POS terminal vasitəsiylə ödəyə bilər. Taksi sürücüləri POS terminal əldə etsinlər və sərnişinlərdən ödənişi birbaşa öz hesablarına qəbul etsinlər ki, daha sonra problem yaşanmasın”, - deyə E.Cəfərov vurğulayıb.
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib












