Taksi sürücülərinə qarşı soyğunçuluq - VİDEO

Abşeron polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsi saxlayıb. İstintaq zamanı məlum olub ki, o əyləşdiyi taksiləri Saray qəsəbəsinə sürdürərək orada sürücülərin pulunu və mobil telefonunu alıb. Keçirilən başqa bir əməliyyatla isə narkotik istifadəçisi olan şəxs yaxalanıb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik maddə əldə etmək üçün oğurluğa da əl atıb. Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs yaxalanıb. Abşeron rayonu Xırdalan şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan əlikram Bağırov və Sumqayıt sakini Araz Rzayev 3 gün əvvəl onlara qarşı soyğunçuluq edilməsi barədə ərizəylə polidə müraciət ediblər.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Saray qəsəbə sakini,əvvəllər 4 dəfə məhkum olunmuş və ümumilikdə 27 il azadlıqdan məhrum edilmiş 38 yaşlı İsrayıl Gözəlov olduğu müəyyənləşib.O,tutularaq istintaqa təhvil verilib.Araşdırmalar zamanı məlum olub ki,İsrayıl Gözəlov Paytaxtın Nəsimi rayonu,20 yanvar dairəsində əlikram Bağırovun idarə etdiyi taksiyə əyləşərək onu Abşeron rayonu Saray qəsəbəsinə sürdürüb.Orada isə sürücüyə hədə-qorxu gəlib.
Sonrakı gün isə bənzər əməli Sumqayıt sakini olan Araz Rzayevə qarşı törədib. İsrayıl Gözəlov mobil telefonları sataraq pulunu xərcləyib.Onun əməllərindən zərər çəkən şəxslərin Abşeron polisinə müraciət etmələri xahiş olunur.
Abşeron polisinin keçiridiyi digər əməliyyatla isə narkotik istifadəçisi olan 31 yaşlı Abas Abasov saxlanılıb.Onun üzərinə baxış keçirilən zaman bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.Araşdırmalar zamanı məlum olub ki, Abas Abasov narkotik maddə əldə etmək üçün oğurluğa da əl atıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












