Taksi sürücülərini aldadan şəxs həbs edildi - VİDEO

Türkiyə vətəndaşı kimi özünü qələmə verən şəxs taksi sürücülərinə qarşı dələduzluq edib. Paytaxtın Binəqədi Rayon Polis İdarəsinə taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Özünü Türkiyə vətəndaşı kimi təqdim edən həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan Ayhan pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün mobil telefonu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Polis əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Tehran İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq davam edir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Telman İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.
Qusarda da dələduzluqla məşğul olan şəxs tutulub. Saxlanılan Rayon Cibir kənd sakini Məhəmməd Qurbanov avqust ayında Gedəzeyxur kənd sakininə məxsus 4500 kq buğdanı 1800 AZN-ə razılaşdıraraq alıb, lakin sonra ona pulu ödəməyərək dələduzluq edib.İmamaqulukənd kəndində yenə həmin üsulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 AZN alaraq pulu ödəməkdən boyun qaçırıb. O, rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 AZN dəyərində bir baş inəyi də alaraq pulunu mənimsəyib. Ümumilikdə kənd sakinlərinə 3652 AZN maddi ziyan vurulub.Faktla bağlı araşdırmalar aparılır.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








