Taksi sürücülərinin DİQQƏTİNƏ! - Bu ərazilərdən kənara çıxsanız...

Sosial şəbəkələrdə taksi sürücüləri ilə bağlı yayılan “buraxılış kartı və fərqlənmə nişanı hansı ərazi üçün verilibsə, sürücü yalnız həmin ərazidə işləyə bilər” iddiaları müzakirələrə səbəb olub.
Bəs bu məlumat nə dərəcədə doğrudur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələdə hər hansı qanunsuzluq yoxdur. Onun sözlərinə görə, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən taksi buraxılış kartları konkret ərazi üzrə verilir və sürücülər məhz həmin ərazidə daimi taksi fəaliyyəti ilə məşğul olmalıdırlar.

Ekspert incə bir məqama da diqqət çəkib. O, qeyd edib ki, Bakı üzrə qeydiyyatdan keçmiş taksi sürücüsü Bakıda müştəri götürüb Sumqayıta apara bilər və ya Sumqayıtdan müştəri götürüb Bakıya gətirə bilər. Lakin həmin sürücü gedib Sumqayıt ərazisində daimi şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilməz. Eyni qayda Sumqayıt üzrə qeydiyyatdan keçən sürücülərə də aiddir.
“Elə sürücülər var ki, düşünürlər əgər Bakıda qeydiyyatdadırsa, Bakıda müştəri götürüb Sumqayıta apara bilməz. Bu, düzgün yanaşma deyil. Belə bir qadağa yoxdur. Müştərinin hara getmək istəməsi onun öz seçimidir,” – deyə Elməddin Muradlı vurğulayıb.
Ekspert əlavə edib ki, qanun yalnız sürücünün hansı ərazidə daimi fəaliyyət göstərə biləcəyini tənzimləyir. Başqa sözlə, müştərinin bir şəhərdən digərinə aparılması qadağan olunmur, amma sürücünün qeydiyyatdan kənar ərazidə taksi kimi işləməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
Nəqliyyat eksperti sonda taksi sürücülərinə müraciət edərək bildirib ki, buraxılış kartı alarkən bu qaydaları nəzərə almaq vacibdir və mövcud tələblər qanuna tam uyğundur.
Qala-Pirallahı yolunda pərakəndə nişan tələbi: "Sürəti hansına uyğun seçək?" - VİDEO
Bu şəxslərin maaşı saathesabı olacaq
İki santimetr qar düşən kimi şəhər niyə iflic olur? – Bakının infrastruktur rəzaləti A-dan Z-ə
Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq - VİDEO
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR
Misir Mərdanova Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsi verildi
Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA
Maşındakı bu funksiyanı qışda aktivləşdirməyin, görmənizə təsir edir - ARAŞDIRMA
Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?











