Taksi sürücülərinin NƏZƏRİNƏ - Yeniliklər olacaq

Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq. Bununla bağlı yeni mexanizm hazırlanır. Ekspertlər hesab edirlər ki, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər. Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.
Avtosfer.az xəbər verir ki,taksilərlə bağlı yeni qaydalar hazırlanacaq. Bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti ilə bağlı qaydalar tənzimlənməlidir. Ekspert bildirir ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib. Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır. Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir. Şirkətlərin təyin etdiyi qiymətlərdən şikayətlənən sürücülər isə taksilər üçün xüsusi parklanma yerlərinin olmasını da arzulayırlar.
Qeyd edək ki, yeni qaydaların 3 ay müdətinə hazırlanması nəzərdə tutulub.
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ










