Taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib - Bakıda

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətinə taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib. S.Şahverdiyev onların fikirlərinin əsassız olduğunu dilə gətirib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO










