Taksi sürücüsü qadın müştərini niyə maşına mindirmədi? - VİDEO

Son zamanlar taksi sürücüləri arasında narazılıq yaradan hallardan biri dəfələrlə sifariş verib, sonra imtina edən şəxslərlə bağlıdır. Sürücülər bu cür hallar səbəbindən həm vaxt itkisi, həm də maddi ziyana məruz qalırlar.
Avtosfer.az xəbər verir ki, bəzi şəxslər eyni anda bir neçə taksi sifarişi verərək heç birinə minmirlər və ya sifariş verib sürücünün ünvana çatmasını gözləmədən ləğv edirlər. Bu isə taksi xidmətinin effektivliyinə mənfi təsir göstərir və digər müştərilərin də uzun müddət gözləməsinə səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün taksi şirkətləri müəyyən tədbirlər görməlidir. Məsələn, sifarişin dəfələrlə ləğv edilməsi və ya müştərinin taksiyə minməməsi hallarında cərimə tətbiq oluna bilər. Həmçinin, sürücülərin hüquqlarını qorumaq üçün mobil tətbiqlərdə daha sərt qaydalar tətbiq edilə bilər.
Bu cür analoji halla daha bir taksi sürücüsü qarşılaşıb. Sürücü sifariş verilən ünvana yaxınlaşarkən dəfələrlə müştəri tərəfindən sifariş ləğv olunub. Hadisənin Sulutəpədə baş verdiyi məlumdur. Sürücü çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşaraq, bir qadının dəfələrlə taksi sifarişi verib ləğv etdiyini, daha sonra yenidən sifariş yaratdığını bildirib.
Müxtəlif vaxt itkiləri və əsəbi hallarla üzləşən sürücü vəziyyətdən narazılığını ifadə edərək, sonda fərqli bir addım atıb. O, müştərinin verdiyi sonuncu sifarişi qəbul edərək ünvana gedib, lakin qadının avtomobilə minməyini gözləmədən oradan uzaqlaşıb. Sürücü bununla müştəriyə dərs vermək istədiyini bildirib.
Bu cür hallar taksi sürücüləri üçün ciddi problemə çevrilməkdədir. Sürücülər vaxt itkisindən və mənasız sifarişlərdən şikayətlənir, taksi şirkətləri isə bu məsələnin qarşısını almaq üçün daha sərt tədbirlərin görülməsinin vacib olduğunu vurğulayır.
Eltac Zülfüqaroğlu
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB








