Taksi sürücüsündən biabırçı hərəkətlər; telefon qulağında, ayağı isə... - ŞİKAYƏT - VİDEO

Paytaxtda taksi sürücüləri ilə bağlı şikayətlər səngimir.
Avtosfer.az-ın sosial şəbəkə ünvanına daxil olan müraciətdə taksi sürücüsünün davranışı ilə bağlı narazılıq bildirilib.
Şikayətdə qeyd olunur ki, avqustun 22-də 77 QM 634 dövlət nömrə nişanlı “BYD” markalı avtomobil idarə edən sürücü qeyri-etik hərəkətlərlə sərnişini narahat edib.
Vətəndaşın sözlərinə görə, sifariş Suraxanıdan Bakıxanov qəsəbəsi istiqamətinə edilib. Lakin sürücü yol boyu bir sıra qayda pozuntuları törədib. Bundan əlavə, sərnişin bildirir ki, sürücü ünsiyyətdə kobud və ədəbsizlik nümayiş etdirib:
“Oturma qaydası yox, danışığı yox. Çox ədəbsiz və tərbiyəsiz davrandı. Sürücü davranış qaydalarını bilmir. Maşını şəxsi əmlakı bilib istədiyi kimi davranır, amma unudur ki, xidmətdədir, iş başındadır”, – deyə şikayətdə vurğulanır.
Qeyd edək ki, oxşar şikayətlər zaman-zaman sosial şəbəkələrdə paylaşılır və sərnişinlər sürücülərin peşəkarlığı, davranışı, həmçinin yol hərəkəti qaydalarına əməl etməməsi ilə bağlı narazılıqlarını dilə gətirirlər.
Fidan
Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya ...”
Prezident 3 gündə kimlərlə görüşdü? - ADLAR
İlham Əliyev Davos Forumunun illik toplantısında iştirakına dair paylaşım etdi - VİDEO
Qala-Pirallahı yolunda pərakəndə nişan tələbi: "Sürəti hansına uyğun seçək?" - VİDEO
Bu şəxslərin maaşı saathesabı olacaq
İki santimetr qar düşən kimi şəhər niyə iflic olur? – Bakının infrastruktur rəzaləti A-dan Z-ə
Boşanana yaxın gizlicə satılan əmlakdan qarşı tərəfə pay düşməlidir? – Hüquqşünas AÇIQLADI
Taksi sürücülərinin DİQQƏTİNƏ! - Bu ərazilərdən kənara çıxsanız...
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq - VİDEO
Motosiklet qəzaları artır - İntizam çatışmazlığı əsas səbəbdir? - AÇIQLAMA
Metro və avtobuslarla bağlı vəziyyət dəyişdi – Vacib DETALLAR











