Taksi sürücüsünə eyni anda 14 protokol və 300 manat cərimə gəldi – BDYPİ-dən AÇIQLAMA - VİDEO

Bakıda taksi sürücüsünə eyni anda 14 protokol və 300 manat cərimə məbləği gəlib.
Məlumata görə, bu cür vəziyyətlə paytaxt sakini İlqar Abdullayev üzləşib.
O iddia edir ki, cərimələrin çoxunun vaxtı keçib. Yəni 7-8 ay əvvəl törətdiyi qayda pozuntularının cərimələri indi ona gəlib.
Taksi sürücüsü iddia edir ki, yanvar ayından iyul ayının sonuna kimi nə qədər yol hərəkəti qaydasını pozubsa, ona bu barədə heç bir məlumat daxil olmayıb. Daha doğrusu, şəxsi kabinetinə məlumat gəlməyib.
İlqar Abdullayev onu da bildirib ki, avtomobili icbari sığorta olduğu halda hətta cərimələrdən biri sığorta olunmaması ilə bağlıdır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, sözügedən nəqliyyat vasitəsi lizinq şirkətinin nəzdindədir və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə yol vərəqəsi əsasında sürmək üçün verilib. Amma bu barədə yol polisinə məlumat verilməyib. Törədilən xətalar sonuncu dəfə etibarnamə əsasında avtomobili idarə edən şəxsə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsindən o da əlavə edildi ki, yol vərəqəsi ilə avtomobil hansısa sürücüyə idarə etmək üçün verildikdə bu barədə ərazi üzrə yol polis şöbəsi və ya bölmələrinə məlumat verilməlidir.
Ətraflı videomaterialda.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










