“Taksi sürücüsünə müştərinin hotelə, ya harasa getməyi maraqlı olmamalıdır” – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Son günlər taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etdikləri əməllərlə əlaqədar polis tərəfindən saxlanılması ilə gündəmin əsas müzakirə obyektinə çevrilib. Sosial şəbəkələrdə həmin sürücülərin xanım sərnişinləri tərəfindən şərləndiyini qeyd edənlər də oldu. Lakin reallıq ondan ibarətdir ki, bu insanların özlərinin səs yazıları, görüntüləri ilə onların həqiqətəndə yersiz söhbət və əxlaqsız təkliflər etdiyi sübut olunur.
Avtosfer.az xəbər verir ki, bu cür yanaşma sərgiləyərək saxlanılanların çoxu orta yaşlı insanlardır. Sosial şəbəkələrdə qeyd edilən rəylərə əsaslanaraq, deyə bilərik ki, vətəndaşlar artıq öz ailə üzvlərini taksi ilə təkbaşına harasa göndərməkdən çəkinirlər.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı saytımızın sosial şəbəkə hesablarında canlı yayım zamanı öz fikirlərini bildirib. O vurğulayıb ki, taksi sürücüləri evdən ailəsinə qazanc aparmaq üçün çıxır və bu halda ona kimin haraya, nə məqsədlə getməyi maraqlı olmamalıdır:

“Bizə bu barədə məlumatlar gəlir. Xüsusən, hotelə gediş sifariş verən qadın sərnişinlərə qarşı bu addımlar çox atılır. Onlarla bağlı düşüncə ondan ibarətdir ki, “bu adam hotelə gedirsə, deməli mən də ona nəsə təklif edə bilərəm, tanış ola bilərəm, görüşə bilərəm”. Nəzərə almaq lazımdır ki, hamı eyni xarakterdə deyil və sizin taksi sürücüsü olaraq sərnişinlə bu formada kontakta girməyə ixtiyarınız yoxdur. Taksi sürücülərinin hamısı təlimlərdən keçir və bu vaxt onlara etik qaydalar öyrədilir. Bu qaydalarda da göstərir ki, müştəri sürücü ilə kontakta keçmirsə, sürücünün ona nağıl danışması, nəsə təklif etməsi, öz fikirlərini sərnişinə təlqin etməsi yersizdir. Məhz bu cür halların qarşısının alınması məqsədilə artıq qanuna da əlavələr edildi. Bu ondan ibarətdir ki, artıq taksi avtomobilinə kameraların quraşdırılması zəruridir. Yəni salonda nə baş verirsə, kameralarla, bu, qeydə alınmalıdır”.
Elməddin Muradlının mövzu ilə bağlı şərhinin həmin videosunu sizə təqdim edirik:
Səfər
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










