Taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxundu

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərə hökm oxunub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Əliyev, Rafiq Bayramov və Eldəniz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən V.Əliyev 5 il, Rafiq Bayramov və E.Tağıyev isə hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, hadisə ötən ilin dekabrında baş verib. “Baksol” yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində 3 nəfər əyləşib. Taksi sürücüsünə Sabunçuya gedəcəklərini bildirən müştərilər qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb ediblər. Xaləddin Məmmədov pulunun olmadığını dedikdə quldurlar onu avtomobildən düşürüblər və həmin nəqliyyat vasitəsi ilə hadisə yerini tərk ediblər. Onlar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirli bilinirlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












