Taksi sürücüsünü bıçaqla hədələyərək 65 manatını alan şəxslər tutulublar

Qəbələ sakininə qarşı quldurluq edən şəxslər tutulublar. Avtosfer.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb. Nazirlikdən bildirilib ki, avqustun 9-da saat 2.00 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində 2 naməlum şəxs rayon sakini Əziz Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturub Bakı şəhərinə gedəcəklərini bildiriblər. İsmayıllı rayonunun Sumağallı kəndi ərazisində onlar Ə.Ağakişiyevi bıçaqla hədələyərək 65 manatını və mobil telefonunu alıb avtomobildən düşərək gediblər. Xətai Rayon Polis İdarəsi, İsmayıllı Rayon Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Bakı şəhər sakinləri Rüstəm Məmmədov və Orxan Cəfərov tutulublar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












