Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və soyğunçuluqda təqsirləndirilən Hüseyn Səfərzadə və Elməddin Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror H. Səfərzadənin 10 il, E. Rəhimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. E.Rəhimov isə son sözündə deyib ki, bundan əvvəl adam öldürüb 9 il cəza alıb, 7 ildən sonra azadlığa çıxıb. O, məhkəmədən yüngül cəza istəyib. H. Səfərzadə isə 6 aylıq qızının olduğunu deyib, ailə vəziyyətinin nəzərə alınmasını istəyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, H. Səfərzadə 8 il 6 ay , E. Rəhimov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, onlar taksi sürücüsünə hücum edərək onu iplə boğub, cibində olan 315 manatı götürüblər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












