Taksi sürücüsünü öldürməkdə təqsirləndirilən tələbələr MƏHKƏMƏ ÖNÜNDƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nabranda qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfinin vəkillləri cinayət işində qanun pozuntuları olduğu üçün işin istintaqa qaytarılması ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib. Məhkəmə baxışı martın 14-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov Nabrana tələbə yoldaşları ilə birgə istirahətə gəlibmiş. Orda gənclər əylənmək istəyib. Bu zaman onlar yanlarına qız çağırıblar. Əylənəndən sonra qızın dalınca gələn taksi sürücüsü Famil Məmmədovla aralarında ciddi mübahisə düşüb. Taksi sürücüsü tələbələrdən əlavə pul tələb edib. Münaqişə nəticəsində taksi sürücüsü qətlə yetirilib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), Ramin Abbaslı isə 221 (xuliqanlıq) maddəsi ittiham edilib.
Xatırladaq ki, hər iki şəxs Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












