Taksi xidməti ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib - Bakıda

Bakı Nəqliyyat Agentliyində (BNA) paytaxtın inzibati ərazisində taksi xidməti ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, görüşdə əhaliyə, eləcə də paytaxtımıza gələn turistlərə təhlükəsiz, rahat və keyfiyyətli taksi xidmətinin göstərilməsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Hazırda müxtəlif şirkətlər tərəfindən göstərilən taksi xidmətlərində mövcud olan çatışmazlıqlar diqqətə çatdırılıb. Onların qısa vaxtda aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. Bildirilib ki, taksi şirkətləri balanslarında olan nəqliyyat vasitələrini mütləq qaydada şəhərimizin müasir simasına uyğunlaşdırılmalıdırlar. Taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirməlidir. Görüşdə BNA-nın taksi minik avtomobilləri və onların sürücüləri ilə bağlı hazırladığı tələblər də müzakirə edilib. Bu xidmət sahəsində islahatların keçirilməsinin vacibliyi bir daha qeyd edilib. Nəqliyyat vasitələri üçün fərqlənmə nişanın alınması, taksi sürücülərinin peşəkarlığı, onların sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etməsi, taksi minik avtomobillərinin reys qabağı texniki sürücülərin isə tibbi müayinədən keçməsi kimi vacib məsələlərdə görüşün əsas müzakirə mövzularından olub. Görüş çərçivəsində taksi şirkət rəhbərlərini maraqlandıran suallar da cavablandırılıb. Bu cür müzakirələrin əhəmiyyəti nəzərə alınaraq növbəti belə tədbirin aprelin sonlarında keçirilməsi qərara alınıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












