Taksi xidməti üçün fərqlənmə nişanı alanların sayında ciddi artım - Bakıda

Bakıda son 20 gündə taksi xidməti göstərmək üçün fərqlənmə nişanları ilə bağlı müraciət edən şəxslərin sayında həddindən artıq artım müşahidə edilir. Bunu Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib: "Fərqlənmə nişanlarının alınması ilə bağlı proses artıq taksi xidməti ilə məşğul olan insanların işini xeyli rahatlaşdırıb".
"Bu günə qədər taksi sürücüləri bildirirdilər ki, peşə fəaliyyəti zamanı çox incidilirlər. Lakin indi bu sahədə problem yoxdur. Artıq onlar istənilən bank filialında 18 manat dövlət rüsumu ödəyərək Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ödəmə qəbzini təqdim edir və fərqlənmə nişanı ala bilirlər. Təxminən 3 dəqiqə davam edən bu prosedurdan sonra rahat şəkildə taksi xidmətini göstərirlər", - deyə N. Allahyarova əlavə edib.
Qeyd edək ki, fərqlənmə nişanı alan bütün taksilər şəhərin istənilən nöqtəsində dayana və normal taksi fəaliyyəti ilə məşğul ola bilər. Nişan hər ay alınmalıdır.
Fərqlənmə nişanı almayan taksilərin fəaliyyəti qanunsuz hesab ediləcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












