Taksi xidmətləri qara görə qiymətləri qaldırdı – SİYAHI

Bakıda havanın qarlı olması ictimai nəqliyyatı, demək olar ki, iflic edib. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, yollarda vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq, taksi xidməti göstərən şirkətlər də gediş haqqını artırıb. Müraciət etdiyimiz şirkətlərə sinvolik olaraq Dövlət Statistika Komitəsinin yanından metronun “Xətai” stansiyasına gedəcəyimizi bildirdik.
Şirkətlər həmin yolu bu qiymətə gedir:
“189 taksi” xidməti bu yolu 6,80 manata aparacaqlarını bildirib. Lakin adi günlərdə bu yolu 4 manata gedirlər.
“Ekonom taksi” şərti məsafəni 4,80 manata gedəcəyini dedi. Adi vaxtda isə bunu 3,80 manata apardıqlarını bildirdilər.
“Taxi 24” şirkətindən qeyd etdilər ki, əvvəl bu məsafəni 3,60 manata, indi isə 5,60 manata aparırlar.
“Felix taksi” göstərilən yolu əvvəl 3,70 manat, indi isə 5,70 manata apardıqlarını bildirdilər.
“OK taksi” isə qiymətləri 2 manat artırıb. Belə ki, göstərilən şərti yolu şirkət indi 5,30 manata aparır.
Göstərilən şərti marşrutu ən baha qiymətə gedən “London taksi”sidir. Belə ki, həmin xidmət qeyd olunan yol üçün 9,43 manat ödəniş edilməli olduğunu bildirdi. Amma normal hava şəraitində bu yolu 7 manata apardıqlarını dedilər.
“Uber” isə qiymətləri 4 dəfə qaldırıb.
Qeyd edək ki, zəng etdiyimiz bütün taksi xidmətləri ən yaxşı halda taksilərin 20-35 dəqiqə ərzində deyilən yerə gələ biləcəklərini bildirdilər.
Həmçinin, bəzi taksi xidmətləri ilə ümumiyyətlə, danışmaq mümkün olmadı. Onlar hava şəraiti ilə əlaqədar olaraq, ümumiyyətlə, işləmirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












