Taksidə FANTASTİK QİYMƏT: Yeni Yasamaldan... - FOTO

Son günlər taksi sifarişlərində yüksək gediş haqqı qiymətləri müşahidə olunmaqdadır. Hazırda əvvəlki tariflərə nisbətən, 60-70 faiz bahalaşma özünü göstərir.
Azərbaycanda olduqca məşhur taksi şirkətlərindən olan “Uber” vasitəsi ilə Yasamal rayonu “İnşaatçılar” metrostansiyası yaxınlığından (Yeni Yasamal, Əsəd Əhmədov 139) “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına bir gedişin qiyməti 14.6 AZN-ə başa gəlir. Müqayisə üçün qeyd edək ki, bir neçə gün öncəyə qədər eyni yolun tarif qiyməti şirkətin tətbiqində təxminən 5-7 manata təklif olunurdu.
Sözügedən qiymət artımı bir çox şirkət tərəfindən müxtəlif istiqamətlərdə özünü daha çox büruzə verir. İyul ayının 1-dən etibarən taksi xidməti ilə bağlı tətbiq olunan yeni qaydalar və qadağalardan sonra qiymətlərin müəyyən həddə yüksəlməsi gözlənilən idi. Ancaq hazırki şəraitdə özünü göstərən katostrofik qiymətlər müştərilər tərəfindən də olduqca sərt etirazlarla qarşılanır.
Taksi şirkətləri bu tendensiyanı günün pik saatlarında paytaxt yollarında özünü göstərən gərgin nəqliyyat tıxacları və COP29-la bağlı şəhərin bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılması ilə əlaqələndirsələr də, yüksək qiymətlər günün istənilən saatında müşahidə olunmaqdadır. Sosial şəbəkə istifadəçilərinin reaksiyalarını nəzərə alsaq, yaxın müddətdə taksi sifarişlərindən istifadə edən müştərilərin sayı kəskin azalacaq. /Yenisabah.az/

(moderator.az)
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO










