Banner

Taksidən enən müştəri verdiyi pulla sürücünü şoka saldı - VİDEO

Gündəm 23 Avqust 2021 10:38 Oxunub 17058
Taksidən enən müştəri verdiyi pulla sürücünü şoka saldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda taksi sürücüsü müştərinin verdiyi puldan şoka düşüb. Avtosfer.az bildirir ki, sifarişlə çağırılan taksinin gediş haqqı 3 manat 83 qəpik təşkil edib. Taksidən enən müştərinin verdiyi pulun 4 manat deyil, 3,85 deyil, heç 3 manat da deyil, düz 3,83 manat olduğunu görən sürücü o qədər təəccüblənib ki, bunu lentə alaraq sosial şəbəkədə paylaşıb. O, beləsinə indiyədək heç rast gəlmədiyini bildirib.
Əslində müştəri yolunun haqqını verib. 4 manat verdikdə o sürücü gözləyin qalığınızı verim deyəcəkdimi? Bu gün təəssüflər olsun ki, belə sürücülər çoxdur. Müştərinin verdiyi pulu halal çörək pulusuymuş kimi mənimsəyir və müştəri də utandığından qalığını istəmədən taksidən enməli olur. Belə sürücülər o qədər çoxdur ki, digərləri "buyurun qalığınız" deyəndə insan sevincindən istəyir cibində olan-qalanı da ona versin. Lakin bir həqiqət də var ki, ucuz taksi xidmətlərində bütün günü çörək pulu üçün sükan arxasında əyləşən taksi sürücülərinə 5 - 10 qəpik artıq verməklə müştəri kasıblamır, amma sürücü qalıqları toplayaraq gününün qazancını çıxarır. 

 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh