Taksilərdə POS-terminallar NİYƏ YOXDUR? - AYNA hərəkətə keçəcək - AÇIQLAMA

Nazirlər kabinetinin 28 mart 2024-cü il tarixində təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə əsasən, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Sözügedən qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minib. Lakin vətəndaşlardan redaksiyamıza şikayət daxil olur ki, əksər avtomobillərdə POS-terminal mövcud deyil.
Bəs görəsən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələ ilə bağlı monitorinq həyata keçirirmi, tədbir planı varmı?
Avtosfer.az-ın məlumatına görə, bu barədə AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.az-a bildirib ki, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı bir ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır:

"Eyni zamanda, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdikləri taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal da olmalıdır. Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən, taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib. Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır".
Benzin və dizel ödənişsiz verilir... - Avtomobil sahiblərinin nəzərinə!
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı












